|
|
Günün sitatı
|
Elməddin Hacılı Vətəndaş Cəmiyyəti Problemlərinin Tədqiqi Mərkəzinin Sədri Sorğu
İsti havalar iş rejiminə təsir edirmi?
Top Xəbərlər
Azərbaycan QHT-ləri hansı mənbələrədən maliyyələşir?Azərbaycanda QHT - Özəl sektor əlaqələri hansı səviyyəd ...Azərbaycanda Şuşanın tarixi haqqında bütün məlumatlar d ...QHT-lər demokratiyanın inkişafında dövlət qurumlarının ...Milli-məvəvi dəyərlərin təbliği QHT-lərin əsas vəzifəl ...Azərbaycanın Maliyyə Nazirliyi hesabatları təqdim etməy ...Avropa Parlamenti Azərbaycanla Avropa Birliyi arasında ...Avropada Vətəndaş CəmiyyətiŞuşanın işğalından 20 il ötürAzərbaycan QHT-ləri Şuşa ilə bağlı bəyanat veriblər
Son Xəbərlər
AŞPA komitəsi gələn həftə Parisdə siyasi məhbuslar məsələsini müzakirə edəcək
BMT baş katibi Ümumdünya Ətraf Mühit günü ilə bağlı müraciət yayıb
“Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanun layihəsi Azərbaycan parlamentində müzakirə olunacaq
Moldovada GUAM-ın ticarət və nəqliyyatın inkişafı layihəsi ilə bağlı iclas keçirilib
ATƏT Parlament Assambleyasının 2014-cü ildə illik yay sessiyası Bakıda keçiriləcək
Bakıda Avropa Günü qeyd edilib
İsti havalar iş rejiminə təsir edirmi?
|
Ölkədə
Dünyada
Qarabağ
Tarix : Bu gün, 14:20
Tarix : Bu gün, 14:18
Tarix : Bu gün, 14:17
Tarix : Bu gün, 14:12
Tarix : Bu gün, 12:56
Tarix : Bu gün, 12:26
Tarix : Bu gün, 11:08
Tarix : Bu gün, 11:05
Tarix : Bu gün, 10:56
Tarix : Bu gün, 10:50
|












Siyasi məhbuslar məsələsi AŞPA-nın hüquqi məsələlər və insan haqları Komitəsinin mayın 21-də Parisdə keçiriləcək iclasında müzakirə olunacaq. APA-nın məlumatına görə, müzakirələrdə AŞPA-nın siyasi məhbuslar üzrə məruzəçisi Kristof Ştrasserin də iştirakı gözlənilir. Xatırladaq ki, Kristof Ştrasser 2009-cu ilin matında AŞPA-nın Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi təyin olunub.
BMT baş katibi Pan Gi Mun - 5 İyun Ümumdünya ətraf mühit günü ilə bağlı dünya ictimaiyyətinə müraciət edib. BMT-nin Bakı ofisindən APA-ya verilən məlumata görə baş katib qeyd edib ki, Ümumdünya Ətraf Mühit günü bizlərə daha davamlı dünya yaratmaq üçün dəyişikliklərə ehtiyacın olduğunu vurğulamaq imkanı verir. Günün bu ilki mövzusu belədir: “Yaşıl iqtisadiyyat: Sən də qoşulmusanmı?”. Baş katib qeyd edib ki, bu mövzu insanların ekoloji izlərini planetin hüdudları daxilində saxlamaq üçün hər kəsin öz öhdəsinə düşəni yerinə yetirməyin vacibliyini vurğulayır: “Dünya əhalisinin sayı 7 milyarddır və bu rəqəm 2050-ci ilə qədər 9 milyardı ötə bilər.
Milli Məclisə (MM) “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanun layihəsi daxil olub. APA-nın məlumatına görə, yeni qanun layihəsi MM-in İqtisadi siyasət komitəsinin iclasında müzakirə edilib. İclasda qanun layihəsinin MM-ə Azərbaycan prezidentinin imzası ilə daxil olduğu bildirilib. Yeni qanun Azərbaycan Respublikasında ölçmələrin vəhdətinin təmin edilməsinin hüquqi və təşkilati əsaslarını, o cümlədən ölçmələrə, kəmiyyət vahidlərinə, ölçmə metodikalarına (metodlarına) tələbləri və həmin tələblərin təmin edilməsi tədbirlərini müəyyən edəcək.
Kişinyov (Moldova) şəhərində GUAM-ın ticarət və nəqliyyatın inkişafı layihəsinin reallaşdırılması üzrə Rəhbər Komitənin 16-cı iclası keçirilib. “APA-ECONOMICS”in GUAM-ın saytına istinadən xəbərinə görə, iclasda Rəhbər Komitənin üzvləri, eləcə də GUAM Katibliyinin proqram koordinatoru iştirak ediblər. Toplantı iştirakçıları Rəhbər Komitənin 15-ci iclasının yerinə yetirilmə vəziyyəti haqqında məlumatı dinlədikdən sonra GUAM-ın ticarət və nəqliyyatın inkişafı layihəsinin reallaşdırılması haqqında məsələləri müzakirə ediblər.
APA-nın xəbərinə görə, bunu Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova jurnalistlərə açıqlamasında deyib. Bahar Muradova bildirib ki, Azərbaycan tərəfi 2014-cü ildə qurumun yaz sessiyasının Bakıda keçirilməsi üçün müraciət edib: “Amma ATƏT Parlament Assambleyasının baş katibliyi bu müraciətə daha diqqətlə yanaşaraq 2014-cü il illik yay sessiyasının Bakıda keçirilməsi barədə Azərbaycan nümayəndə heyəti ilə söhbət apardı. Bu gün Azərbaycan parlamentinin razılıq məktubu baş katibə göndəriləcək.
Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyi Avropa Gününün 62-ci ildönümünə həsr olunmuş tədbir keçirib. APA-nın xəbərinə görə, AB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia bildirib ki, təşkilat sülh, demokratiya və qanunun aliliyi prinsiplərinə əsaslanır: “Biz bu dəyələri tərəfdaşlarımız, o cümlədən Azərbaycanla bölüşmək istəyirik”. Səfir AB-nin Azərbaycanla siyasi dialoqu, iqtisadi əlaqələri, enerji, mədəniyyət sahələrində əməkdaşlığı fəal inkişaf etdirdiyini söyləyib: “Avropa Birliyi ilə Azərbaycan arasında əməkdaşlıq suverenlik və qarşılıqlı hörmət əsasında qurulur”.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün 2012/2013-cü tədris ili üçün Rusiya ali təhsil müəssisələrində Azərbaycan vətəndaşları üçün ayrılmış yerlərə tələbə qəbulu üçün qəbul imtahanı keçirəcək. Komissiyanın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə çümə günü Trend-ə deyib ki, Rusiya ali məktəblərinə 101 nəfər sənəd verib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Azərbaycanın Laçın rayonunun ermənilər tərəfindən işğalının 20-ci ildönümü ilə bağlı məlumat açıqlayıb. ETSN-in mətbuat xidmətindən APA-ya daxil olan məlumatda bildirilir ki, təbii sərvətlərlə zəngin olan Laçın rayonunda Turşsu, Qaladərəsi, Ağanus, Xırmanlar, Tiqiq, Turş-tiqiq, Nurəddin, Nağdalı, Hacıxanlı kimi müalicəvi əhəmiyyətli bulaqlar mövcuddur.
Türkiyə Prezidenti Abdulla Gül əcnəbilərin Türkiyədə daşınmaz əmlak almalarına imkan verən qanunu imzalayıb. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Sabah" qəzeti Prezident Aparatının mətbuat xidmətinə istinadən xəbər verib. Ayın əvvəlində Türkiyə Parlamenti əcnəbi vətəndaşların Türkiyədə topraq ala bilmələrinə imkan verən qanun layihəsini qəbul edib. Qanun ölkənin hər bir vilayətində hər alıcıya 30 hektar deyil, ümumi topraq sahəsinin azı 10 faizinin əcnəbilərə satıla biləcəyini nəzərdə tutur.
GUAM-ın baş katibi Valeri Çeçelaşvili cümə axşamı Vyanada ATƏT-in Daimi Şurasında çıxışı zamanı təşkilatın cari prioritetlərindən danışıb. Bu barədə
İyunda Brüsseldə Avropa Birliyi ilə Azərbaycan arasında assosiativ saziş üzrə danışıqların növbəti raundu keçiriləcək. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia məlumat verib. Onun sözlərinə görə, artıq tərəflər bu sazişin 28 bəndindən 15-i razılaşdırıblar: “Üç bənd isə razılaşdırılmağa çox yaxındır. Artıq təhsil, gənclər, nəqliyyat, turizm, dənizçilik və balıqçılıq, iqtisadi dialoq, vergitutmalar, ətraf mühitlə bağlı bəndlər razılaşdırılıb. Hazırda hüquqi məsələlər, səhiyyə, təbii ehtiyatların hasilatı bəndləri üzrə danışıqlar gedir”.
Bu gün Azərbaycanın Laçın rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmasından 20 il keçir. APA-nın məlumatına görə, 1992-ci il mayın 18-də Ermənistan Silahlı Qüvvələrinin Laçın rayonunu ələ keçirməsi ilə Dağlıq Qarabağ “de-fakto” Ermənistana birləşdirilib. İşğal nəticəsində Laçında 1 şəhər, 1 qəsəbə və 120 kənd düşmən əlinə keçib, 264 nəfər şəhid olub, 65 nəfər girov götürülüb, 103 nəfər əlil olub.
ABŞ Konqresinin Təxsisatlar Komitəsinin xarici əməliyyatlar üzrə Alt Komitəsi gələn il Dağlıq Qarabağdakı separatçı rejimə göstərilən humanitar yardımın miqdarını 2 milyon dollardan 5 milyon dollaradək artırmağı təklif edib. APA-nın ABŞ Erməni Milli KOmitəsinə istinadən yaydığı məlumata görə, Alt Komitə həmçinin Obama administrasiyasının Ermənistana yardımın 7,5 milyon dollar azaldılması təklifini rədd edib.
“Avropa Birliyi rəsmisinin Dağlıq Qarabağa səfəri o demək deyil ki, Avropa Birliyi oranı müstəqil ərazi kimi tanıyır”. APA-nın xəbərinə görə, bunu Avropa Birliyinin (AB) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia bu gün keçirdiyi mətbuat konfransında deyib. R. Kobia xatırladıb ki, AB-yə üzv olan 27 ölkənin xarici işlər nazirinin fevral ayında qəbul etdiyi yekun sənəddə belə bir çağırış var. Bu çağırış AB-nin Cənubi Qafqaza və həmin münaqişəyə ciddi diqqətinin göstəricisidir. 27 nazir AB-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortun Dağlıq Qarabağa səfərinə şərait yaradılmasını istəyib.
Almaniya Yaşıllar Partiyasının nümayəndəsi, Bundestaqın (parlament) deputatı Folker Bek Dağlıq Qarabağ münaqişəsinin həllini ancaq süh yolunda görür. Bununla belə, o hesab edir ki, azlıqların öz müqəddəratını təyinetmə hüququna riayət etmək lazımdır. Maraqlıdır ki, deputat beynəlxalq hüququn əsas prinsipləri - dövlətlərin ərazi bütövlüyünün qorunması haqqında heç bir söz deməyib.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq mayın 16-da Azərbaycanın Xocavənd rayonunun Kuropatkino kəndinin yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq baş tutub. Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, onun səhra köməkçiləri Antal Herdiç, ofisinin əlaqələndiricisi Piter Ki və yüksək səviyyəli palanlaşdırma qrupunun nümayəndəsi, polkovnik Andrey Baraşkin keçiriblər.
Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) 2012-ci ilin aprel ayında dövlət büdcəsinə 121,005 mln. manat vəsait ödəyib. Şirkətdən «APA-ECONOMICS»ə verilən məlumata görə, bu göstərici 2011-ci ilin aprel ayı ilə müqayisədə 30,3% artıb. Ümumiyyətlə, 2012-ci ilin yanvar-aprel aylarında büdcəyə 443,427 mln. manat ödənilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,6% çoxdur.
2012-ci ilin yanvar-aprelində Azərbaycanın Vergilər Nazirliyi dövlət büdcəsinə 2,24 milyard manat verginin daxil olmasını təmin edib. Trend-in məlumatına görə, bu barədə nazirliyin çərşənbə günü yaydığı məlumatda deyilir. Məlumata görə, mənfəət vergisi üzrə daxilolmalar vergi yığımlarının ümumi həcminin 46,2 faizini, əlavə dəyər vergisi 20,9, gəlir vergisi 10,8, akzis vergisi 6,4, başqa vergilər 15,7 faizini təşkil edir.
Eurovision-2012" mahnı müsabiqəsinin yarımfinal və finalının keçirildiyi günlərdə Bakı Metropoliteni bütün sutka işləyəcək. Bu barədə çərşənbə günü Trend-ə Metropoliten rəisinin köməkçisi Məmməd Bayramov bildirib. Onun sözlərinə görə, həmin günlərdə Metropolitenin iş qrafiki artıq təsdiqlənib və Bakı Metropoliteni paytaxt sakinlərinin və qonaqların gücə-gündüz daşınmasını təmin etməyə hazırdır.
Azərbaycanda 1 aprel 2012-ci il tarixə olan statistikaya əsasən, əmək pensiyası alan şəxslərin sayı 1 275 630 nəfər təşkil edir. Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan Trend-ə verilən məlumata görə, cəmi əmək pensiyası alan şəxslərin 498 190 nəfəri kişi, 777 440 nəfəri isə qadındır. Onlardan 807 941 nəfəri yaşa görə, 333 730 nəfəri əlilliyə görə, 133 959 nəfəri isə ailə başçısının itirilməsinə görə pensiya alır.

Sərhədsiz Həkimlər