Azəbaycan Mədəniyyət və Turizm Nazirliyi "Eurovison-2012" müsabiqəsi ilə əlaqədar ölkənin turizm sənayesinin iştirakçılarına tapşırıqlar verib. Trend-in məlumatına görə, bunu mədəniyyət və tuizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, artıq bütün mehmanxana rəhbərləri ilə görüşlər keçirilib. Nazir deyib ki, artıq "Eurovison"a gələcək müəyyən insanlar üçün yerlərin bronlaşdırılması başa çatıb.

Tarix : Dünən, 15:18

"Eurovision 2012" mahnı müsabiqəsinin biletləri fevralın 28-dən satışda olacaq. Bu barədə çərşənbə günü Trend müsabiqənin rəsmi saytına istinadən məlumat verir. Xatırladaq ki, Eurovision 2012-nin birinci yarımfinalı mayın 22-də, ikinci yarımfinalı mayın 24-də, finalı isə mayın 26-da olacaq. Şou "Bakı Kristal Zalı"nda keçiriləcək.

Tarix : 16-02-2012, 12:21

Bu ilin may ayında Bakıda «Eurovision-2012» Beynəlxalq Mahnı Müsabiqəsinin keçirilməsi üçün dövlət büdcəsindən 50 mln. manat (63,3 mln. ABŞ dolları) ayrılacaq. «APA-ECONOMICS»in məlumatına görə, Nazirlər Kabinetinin sərəncamı ilə Azərbaycanda «Beynəlxalq və respublika səviyyəli tədbirlərin keçirilməsi ilə bağlı xərclər üzrə 2012-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin bölgüsü» təsdiqlənib.

Tarix : 10-02-2012, 13:51

“Eurovision” mahnı müsabiqəsinə ev sahibliyi edən hər ölkədə olduğu kimi, bu il Azərbaycanda da müsabiqə ilə bağlı xüsusi aksessuarlar satışa çıxarılacaq. APA-nın müsabiqənin yerli rəsmi saytına istinadən yaydığı xəbərə görə, “Eurovision”un təşkilati məsələlər üzrə rəhbəri Sietse Bakker bildirib ki, “Light your fire” şüarı altında keçiriləcək müsabiqə ilə bağlı müxtəlif aksessuarların hazırlanması prosesinə başlanılıb: “Müxtəlif keyfiyyətdə və fərqli qiymətlərə olan məhsullar üzərində iş gedir. Satışa çıxarılacaq aksessuarlar hər bir şəxsin büdcəsinə uyğun olacaq. Bu aksessuarlar tezliklə satışa çıxarılacaq”.

Tarix : 31-01-2012, 14:38

Bu ilki Eurovision indiyədək keçirilən müsabiqələrin ən möhtəşəmi olacaq. Trend-in İctimai Televiziyanın saytına istinadən məlumata görə, bunu, "Brainpool" TV-nin rəhbəri Yorq Qraboş deyib. Çərşənbə günü "Eurovision-2012" mahnı müsabiqəsinə ev sahibliyi edən Bakıda bir neçə təntənəli mərasimin təşkili nəzərdə tutulur. "Eurovision 2011"-yə ev sahibliyi etmiş Düsseldorf şəhərinin meri Dirk Elsbers müsabiqənin rəmzi açarını Bakı şəhərinin meri Hacıbala Abutalıbova təqdim edəcək.

Tarix : 25-01-2012, 10:43

Azərbaycanın ev sahibliyi edəcəyi “Eurovision-2012” mahnı müsabiqəsində iştirak edəcək ölkələrin adları açıqlanıb. APA-nın məlumatına görə, mayda Bakıda keçiriləcək 57-ci “Eurovision” mahnı müsabiqəsində iştirak etmək üçün 43 ölkə müraciət edib. Onların sırasında müsabiqəyə ötən il qayıtmış İtaliya, Macarıstan, Avstriya da var. Həmçinin “Eurovision” mahnı müsabiqəsində son 3 ildə iştirak etməyən Monteneqro da builki yarışmaya qatılacaq. Bununla da “Eurovision-2012”də iştirak edən ölkələrin sayı 2008 və 2011-ci illərdə qazanılmış rekordu təkrarlamış olacaq.

Tarix : 17-01-2012, 17:09

Tarix : 17-01-2012, 14:00

zərbaycanın ev sahibliyi edəcəyi “Eurovision-2012 mahnı müsabiqəsində iştirak edən ölkələrin siyahısının gələn həftə açıqlanması gözlənilir. APA-nın escdaily.com saytına istinadən yaydığı məlumata görə, bu barədə “Eurovision Song Contest”in təşkilatçı məsələlər üzrə direktoru (supervisor) Sietse Bakker deyib. Onun sözlərinə görə, iştirakçı ölkələrin siyahısının gələn həftə açıqlanması nəzərdə tutulur.

Tarix : 13-01-2012, 12:41

"Eurovision" mahnı müsabiqəsinə çəkiləcək video-çarxlar üçün sadə vətəndaşlar arasında elan edilən foto-kastinq dünyanın bir sıra KİV-lərində geniş işıqlandırılıb. İctimai Televiziyadan çərşənbə günü Trend-ə verilən məlumata görə, kastinqlə bağlı növbəti material "Eurovision" mahnı müsabiqəsinin rəsmi internet saytı olan və milyonlarla istifadəçinin aktiv izlədiyi eurovision.tv-də yerləşdirilib.

Tarix : 11-01-2012, 12:41

“İRƏLİ” İctimai Birliyi bu il Bakıda keçiriləcək “Eurovision-2012” mahnı yarışmasının təşkilində iştirak etmək üçün könüllülərin qəbulunu elan edib. Birlikdən APA-ya verilən məlumata görə, təşkilatın rəsmi səhifəsində yerləşdirilən online anket vasitəsilə 1019 nəfər gəncin könüllülük üçün müraciəti qəbul olunub. Qəbul olunan müraciət formalarına ilkin baxışdan sonra, müraciət edənlər 2-6 yanvar 2012-ci il tarixləri arasında “İRƏLİ” Gənclik Mərkəzində təşkil olunmuş könüllülər üçün müsahibə mərhələsinə çağırılıb. Müsahibə mərhələsində xarici dil bilikləri, ünsiyyət bacarığı, intellektual səviyyəsi, dünya görüşü və digər xüsusiyyətlərə görə fərqlənən 418 nəfər “Eurovision-2012” yarışmasının təşkilində könüllü olmaq şansını qazanıblar.

Tarix : 9-01-2012, 15:21

Bakıda keçiriləcək "Eurovision 2012" mahnı müsabiqəsinin konsepsiyası təsdiq olunub. "Eurovision 2012" mahnı müsabiqəsinin Təşkilat Komitəsindən Trend-ə verilən məlumata görə, "Eurovision" müsabiqəsinin konsepsiyası hər il ev sahibi olan ölkə tərəfindən yenilənərək buna uyğun şüar və simvol hazırlanır. Ənənəvi olaraq şounun konsepsiyasını özündə əks etdirən şüar və simvol "Eurovision" mahnı müsabiqəsinin əsas loqosuna əlavə edilir. Hər iki element müsabiqənin keçirildiyi ölkəyə aid olmaqla yanaşı, həm də "Eurovision" layihəsinin mahiyyətinə uyğun seçilməlidir.

Tarix : 29-12-2011, 10:47
AVCIYA.AZ