2004-cü ilin əvvəlinə Azərbaycan Respublikasının əhalisi 8 milyon 265 min nəfər, o cümlədən 4 milyon 254 min nəfər və ya 51,5 %ni şəhər və 4 milyon 11 min nəfər və ya 48,5 %ni kənd sakinləri təşkil etmişdir. Ölkə əhalisinin ümumi sayından 4 milyon 58 min nəfəri, yaxud 49 % kişi, 4 milyon 207 min nəfəri və ya 51 % qadınlardır.

Əhalinin yaş strukturu aşağıdakı kimi səciyyələnir: əhalinin ümumi sayından 26 % 0—14 yaşda, 67 % 15—64 yaşda, 7 % isə 65 və yuxarı yaşda olanlardır. Əhalinin 29 % 18—34 yaşda olan gənclərdir, onların yarıdan bir qədər çoxu şəhər yerlərində yaşayır.

Əhalinin orta yaşı 31 yaş təşkil edir.

Əhalinin son siyahıyaalınmasının nəticələrinə görə ölkə əhalisinin 86,6 % azərbaycanlılar, 2,2 % ləzgilər, 1,8 % ruslar, 1,5 % ermənilər, 5,0 % talışlar, 0,6 % avarlar, 0,5 % türklər, 0,4 % tatarlar, 0,4 % ukraynalılar, 0,2 % saxurlar, 0,2 % gürcülər, 0,2 % kürdlər, 0,13 % tatlar, 0,1 % yəhudilər, 0,05 % udinlər, 0,12 % isə digər millətlərdir.

Tarix : 8-09-2011, 12:54
AVCIYA.AZ