Bakıda çərşənbə günü keçirilən "Eurovision 2012" mahnı müsabiqəsinin I yarımfinalının yekunu üzrə finala Rumıniya ("Mandinga" - "Zaleilah"), Moldova (Paşa Parfeni - "Lăutar"), İslandiya (Qreta Salome & Yonsi - "Mundu Eftir Mér"), Macarıstan ("Compact Disco" - "Sound Of Our Hearts"), Danimarka (Soluna Samay - "Should've Known Better"), Albaniya (Rona Nişliu - "Suus"), Kipr (İvi Adamou - "La La Love"), Yunanıstan (Eleftheria - "Aphrodisiac"), Rusiya ("Buranovskiye babuşki" - "Party for everybody") və İrlandiya ("Jedward" - "Waterline") təmsilçiləri vəsiqə qazanıblar.

Tarix : Bu gün, 10:18

Bu gün "Bakı Kristal Zalı"nda "Eurovision 2012" mahnı müsabiqəsinin birinci yarımfinalı keçiriləcək. Trend-in məlumatına görə, ilk yarımfinalda 18 ölkə təmsilçisi yarışacaq. Birinci yarımfinalda iştirak edən 18 ölkədən 10-u finala vəsiqə qazanacaq.

Tarix : Dünən, 10:51

Azərbaycan dövləti Bakıya gəlmiş bütün qonaqların təhlükəsizliyinə tam təminat verir. Trend-in məlumatına görə, bunu bazar ertəsi "Eurovision 2012"-yə həsr olunmuş mətbuat konfransında Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib. "Azərbaycan hakimiyyəti ölkənin ictimai-siyasi təhlükəsizliyi ilə bağlı bütün qabaqlayıcı tədbirləri görüb. Biz bunu yalnız "Eurovision" üçün deyil, il boyu öz vətəndaşlarımızı qorumaq üçün görürük, lakin "Eurovision" mahnı yarışması zamanı xüsusi gücləndirilmiş təhlükəsizlik tədbirləri görülüb", - Həsənov deyib.

Tarix : 21-05-2012, 14:35

Bu gün "Eurovision 2012" mahnı müsabiqəsinin iştirakçılarının repetisiyalarının ikinci günü başlayıb. Trend-in məlumatına görə, 9 ölkənin iştirak edəcəyi məşqlərə ilk olaraq müsabiqədə ifa edəcəyi "Time" mahnısı ilə İsrail təmsilçisi İzabo başlayacaq. Repetisiyadan sonra müğənnilər mətbuat konfransı keçirərək Bakı və məşqləri haqqında öz təəssüratlarını yerli və xarici jurnalistlərlə bölüşəcək və onları maraqlandıran sualları cavablandıracaqlar.

Tarix : 14-05-2012, 14:15

"Bakı Kristal Zalı"nda Eurovision Mahnı Müsabiqəsi 2012-nin birinci və ikinci yarımfinallarının interval aktlarının məşqləri başlayıb. Trend şənbə günü eurovision.az saytına istinadən xəbər verir ki, mayın 11-də birinci yarımfinalın interval aktında çıxış edəcək "Natiq" ritm qrupunun məşqi olub. Elə həmin gün Eurovision Mahnı Müsabiqəsi 2012-nin ikinci yarımfinalının interval aktında performans təqdim edəcək son 5 ilin Eurovision qaliblərinin dublyor məşqi də uğurla keçirilib.

Tarix : 12-05-2012, 10:35

Eurovision.tv saytı Bakının "Eurovision 2012" mahnı müsabiqəsinə hazırlığı ilə bağlı növbəti şəkilləri təqdim edib.

Tarix : 18-04-2012, 15:21

"Eurovision 2012" Mahnı Müsabiqəsinin keçirilməsi üçün "Baku Crystal Hall"-ı inşa edən şirkət artıq işini təhvil verir. Trend-in məlumatına görə, bunu bazar ertəsi "Eurovision-2012"-ə hazırlıq prosesi ilə bağlı aparılan işlərin yekununa dair keçirilən mətbuat konfransında "Eurovision"-un rəsmi tərəfdaşı olan Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov bildirib. Onun sözlərinə görə, arenanın inşası zamanı hava şəraiti ilə bağlı çətinliklər var idi və tikintidə 3 həftə gecikmə oldu.

Tarix : 16-04-2012, 17:48

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi hotellərdən "Eurovison-2012" Mahnı Müsabiqəsinə gələn insanlar üçün yerləşdirmə qiymətlərinin adi günlərdəkindən fərqli olmayacağı barədə zəmanət alıb. Trend-in məlumatınma görə, bunu cümə axşamı jurnalistlərə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib. Onun sözlərinə görə, müsabiqə ilə əlaqədar hotellərin qiymətləri artmayacaq.

Tarix : 12-04-2012, 15:20

“Bakıda “Eurovision” müsabiqəsinin keçirilməsi gözəl və parlaq hadisədir. Biz Azərbaycanda keçiriləcək müsabiqəyə görə eyni həyəcan keçiririk”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko verib.  “Qeyd etmək istəyirəm ki, Rusiya bu möhtəşəm müsabiqənin Azərbaycanda keçirilməsi üçün 12 balı məhz ölkənizə verib.

Tarix : 9-04-2012, 12:21

Azərbaycanda "Eurovision-2012" mahnı müsabiqəsinin keçiriləcəyi dövrdə sabitliyin və təhlükəsizliyin təmin olunmasının yüksək peşəkarlıqla yerinə yetirilməsi üçün zəruri qüvvə və vasitələr səfərbər olunub. Trend-in məlumatına görə, bunu milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudov rəsmi dövlət qəzeti olan "Azərbaycan" qəzetində dərc olunmuş yazısında bildirib.

Tarix : 28-03-2012, 12:26
AVCIYA.AZ Yuxarı