Dövlət Sosial Müdafiə Fondu (DSMF) bu günlərdə 2011-ci il ərzində istehlak qiymətlərinin indeksinə uyğun olaraq əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsini həyata keçirəcək. Trend-in məlumatına görə, bu barədə DSMF-nin sədri Səlim Müslümov çərşənbə günü Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) üzvləri ilə görüşündə bildirib. "Biz Dövlət Statistika Komitəsinə müraciət etmişik və bu barədə məlumatlar almışıq. 2011-ci ildə istehlak qiymətlərinin indeksi 7,9 faiz təşkil edib.

Tarix : 1-02-2012, 13:44

Hava şəraitinin əlverişsiz olması səbəbindən Astana-Bakı aviareysi təxirə salınıb. Bu barədə «APA-ECONOMICS»ə Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib. Hava limanından verilən məlumata əsasən, Astanada (Qazaxıstan) hava şəraiti uçuş üçün əlverişsizdir və məhz bu səbəbdən bu gün saat 09:10-da «Skat» aviaşirkətinin Astana-Bakı marşrutu üzrə havaya qalxmalı olan təyyarənin uçuşu saat 11:15-dək təxirə salınıb: «Bu səbəbdən bu gün saat 13:30-də yerinə yetirilməli Bakı-Astana aviareysi də saat 15:50-dək təxirə salınıb».

Tarix : 30-01-2012, 10:40

Azərbaycan Nazirlər Kabineti ölkə Prezidentinə dövlət büdcəsi layihələrinin, sosial-iqtisadi inkişaf konsepsiyalarının və 2013-cü il üçün proqnoz göstəricilərinin vaxtında təqdim edilməsi haqqında sərəncam verib. Trend-in məlumatına görə, bu barədə cümə günü Nazirlər Kabinetinin rəsmi mətbuatda dərc edilən xəbərində deyilir. 2013-cü il və sonrakı üç il üçün Azərbaycanın dövlət büdcəsinin və icmal büdcəsinin layihələri 2012-ci il sentyabrın 15-dən gec olmayaraq Nazirlər Kabinetinə təqdim edilməlidir.

Tarix : 27-01-2012, 12:53

Hava şəraitinin pisləşməsinə və temperaturun aşağı düşməsinə baxmayaraq Heydər Əliyev Beynəlxalq Aeroportu normal rejimdə işləyir. Bu barədə cümə axşamı Trend-ə Bakı aeroportundan məlumat verilib. "Hazırda təyyarələrin qəbulu və yola salınması ilə bağlı problem yoxdur", - aeroportdan bildiriblər. Cümə axşamı "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun Trend-ə dediyi kimi, hava şəraiti Bakı Dəmiryol Vağzalının işinə, eləcə də dəmiryol reyslərinin həyata keçirilməsinə təsir etməyib.

Tarix : 26-01-2012, 15:30

Əhalinin 1992-ci il yanvarın 1-dək AzSSR-in Əmanət Bankındakı əmanətlərinin qaytarılması üçün 1,9 milyard manat (təxminən 2,4 milyar dollar) tələb olunur. Bu barədə Trend-ə Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli bildirib. Onun sözlərinə görə, əhalinin əmanətlərinin indeksləşdirilməsi haqqında qanun layihəsi artıq komitə tərəfindən hazırlanıb. Məsimli deyib ki, qanun layihəsi dünya praktikasında tətbiq edilən mexanizm üzərində qurulub. Əmanətlərin qaytarılması 2 milyona yaxın əmanətçini əhatə edir ki, bunun üçün 1,9 milyard manat vəsait tələb olunur.

Tarix : 24-01-2012, 12:16

Avropa Birliyinin İrana qarşı sanksiyaları Rəşt-Astara dəmir yolu xəttinin tikintisinə heç bir təsir göstərməyəcək. “APA-ECONOMICS”in “RİA Novosti”yə istinadən xəbərinə görə, bu barədə “Rusiya Dəmir Yolları”nın prezidenti Vladimir Yakunin bildirib. “Biz İrandan neft almırıq və sanksiyaların tətbiqinin düzgün olub-olmadığını müzakirə etmək mənim səlahiyyətlərimə aid deyil. Bunun üçün siyasi müstəvi var” - deyə V.Yakunin qeyd edib.

Tarix : 24-01-2012, 12:12

ABŞ Konqresinin Nümayəndələr Palatası dövlət borcunun yuxarı həddinin 1,2 trln. dollara qaldırılmasının əleyhinə səs verib. “APA-ECONOMICS”in “Associated Press”ə istinadən xəbərinə görə, üç saat davam edən müzakirələrdən sonra qanun layihəsi 176 səs lehinə, 239 səs əleyhinə olmaqla rədd edilib. Konqresin aşağı palatasının əleyhinə səs verməsinə baxmayaraq, dövlət borcunun yuxarı həddinin qaldırılması haqqında qanun layihəsi yanvarın sonunda qüvvəyə minəcək. çünki demokratların üstünlük təşkil etdiyi Senat layihənin əleyhinə səs verməyəcək.

Tarix : 19-01-2012, 12:24

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti Mikayıl İsmayılov və Hüquq idarəsinin rəisi Eldar Orucov Xətai rayon sakinləri ilə görüş keçirib. “APA-ECONOMICS”in xəbərinə görə, görüşün mövzusu ARDNŞ-a məxsus ərazilərdə tikilmiş qanunsuz tikililərlə bağlı olub. M.İsmayılov bildirib ki, Xətai rayonu üzrə qanunsuz tikililərin sökülməsi ilə əlaqədar məhkəmələrdə 444 iddia qaldırılıb. Onların bir qisminin icrası məhkəmə tərəfindən dayandırılıb, qalan hissəsi - məhkəmədə icraatda olan və hələlik qərar çıxarılmamış iddialar üzrə də müvafiq qərar qəbul olunacaq.

Tarix : 18-01-2012, 18:13

Daxili tələbatın artması və ixracdan gələn gəlirlər MDB ölkələrinin iqtisadiyyatını dəstəkləyir, amma iqtisadi tənəzzül riskləri qalmaqdadır. “APA-ECONOMICS”in xəbərinə görə, bu barədə BMT-nin Cenevrə bölməsində İqtisadi və sosial məsələlər Departamentinin yaydığı “Dünyanın iqtisadi vəziyyəti və 2012-ci il üçün perspektivlər” adlı məruzədə bildirilir. Qeyd olunur ki, 2011-ci ildə MDB ölkələrində iqtisadi fəallığın canlanması müşahidə olunub. Regionun ÜDM-i ötən il 4,3% artıb. Ehtimal olunur ki, bu il regionda iqtisadi artım 4%-ə enə bilər. Məruzə müəlliflərinin fikrincə, iqtisadi artımın zəifləməsi dünya iqtisadiyyatının, xüsusən inkişaf etmiş ölkələrin iqtisadiyyatının vəziyyətinin pisləşməsi ilə bağlıdır ki, bu da yekunda ixracın həcminin azalmasına və xammalın qiymətinin ucuzlaşması ilə nəticələnəcək.

Tarix : 18-01-2012, 12:48

2012-ci ildə Azərbaycanda ÜDM-də artımın 3,1 faiz səviyyəsində olacağı gözlənilir. Trend-in məlumatına görə, bu barədə Dünya Bankının (DB) "Qlobal iqtisadi perspektivlər 2012" (Global Economic Prospects 2012) adlı məruzəsində göstərilir. Məruzə çərşənbə günü strukturun rəsmi saytında yerləşdirilib. 2013-cü il üçün proqnoz 4,4 faiz təşkil edir. 2012-ci ildə cari əməliyyat hesabı ÜDM-in 22,4 faizi, 2013-cü ildə isə 21,5 faiz səviyyəsində gözlənilir. "İnkişaf etməkdə olan ölkələr gələcəkdə də iqtisadi artımın ləngiməsinə hazır olmalıdırlar, çünki Avrozonanın borc problemləri və bəzi bazarların formalaşdığı ölkələrdə artımın zəifləməsi dünya iqtisadiyyatının artım perspektivlərini azaldır",- məruzədə deyilir.

Tarix : 18-01-2012, 12:45

«Azərbaycan Hava Yolları» QSC (AZAL) ölkədaxili aviareyslərin göndərilməsi və qəbul edilməsi yerini dəyişib. AZAL-dan «APA-ECONOMICS»ə verilən məlumata görə, daxili reyslərin (Naxçıvan, Gəncə, Lənkəran, Zaqatala, Qəbələ) göndərilməsi və qəbul edilməsini yeni aerovağzal kompleksinin tikintisinin başa çatmasına qədər Bakıdan – Heydər Əliyev Hava Limanının inşa edilmiş müvəqqəti terminalından həyata keçirilir: «Bu terminal Heydər Əliyev Beynəlxalq Hava Limanının ərazisində yük terminalının (Baku Cargo Terminal) yanında yerləşir.

Tarix : 18-01-2012, 10:40

Ötən il Azərbaycanda İT sahəsində istehsalın həcmi 2010-ci ilə nisbətən 50% artaraq 120 mln. manat olub. «APA-ECONOMICS»in məlumatına görə, bunu dünən dövlət başçısı İlham Əliyevin sədrliyi ilə keçirilən 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib. Nazirin sözlərinə görə, bu məhsullara əsasən radioelektron elementlər, optik daşıyıcılar, kompüterlər, proqram modulları və s. daxildir.

Tarix : 17-01-2012, 15:19
AVCIYA.AZ