Bu il Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsinin həcmi 525 milyon dollar təşkil edib
İqtisadiyyat / (25-08-2011, 14:53)

Azərbaycanın Türkiyədən sonra Gürcüstanın ikinci ən böyük ticarət tərəfdaşıdır. Bu ilin yanvar-iyul aylarında Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsinin həcmi 525 milyon dollar təşkil edib. APA-nın “Qruzstat”a istinadən yaydığı məlumata görə, hazırda Azərbaycan Türkiyədən sonra Gürcüstanın ikinci ən böyük ticarət tərəfdaşıdır. Qeyd olunan dövrdə Gürcüstanla Türkiyə arasında ticarət dövriyyəsinin həcmi 805 milyon dollar təşkil edib.
Gürcüstan iqtisadiyyatına yatırılan sərmayənin həcminə görə Azərbaycan beşinci yerdədir. Bu il Azərbaycan qonşu dövlətin iqtisadiyyatına 58 milyon dollar sərmayə yatırıb. /APA/


AVCIYA.AZ