Moskvada Azərbaycan və Ermənistan ziyalılarının görüşü başa çatıb. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, görüş “Rossiyskaya qazeta”nın redaksiyasında baş tutub. Qapalı keçirilən görüşdə müzakirə olunan məsələlər barədə media nümayəndələrinə məlumat verilməyib. Hər iki ölkənin ziyalılarının görüşü Moskvanın Mərkəzi Ədəbiyyat Evində davam etdiriləcək. Qeyd edək ki, görüşün bu gün keçiriləcəyi barədə xəbər Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun “Rossiyskaya qazeta”da dərc olunmuş məqaləsində yer alıb.
Dağlıq Qarabağın azərbaycanlı icması Xocalı soyqırımının tanıdılması istiqamətində silsilə tədbirlər keçirmək üçün Avropa ölkələrinə səfər edir. Bu barədə Trend-ə çərşənbə günü "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin üzvü Rövşən Rzayev bildirib. Onun sözlərinə görə, fevral ayının sonuna kimi icma üzvləri Xocalı sakinləri və soyqırım günü əsirliyə düşmüş şəxslərlə birgə Almaniya və Belçikada tədbirlər keçirəcək. "Bir qrup şəxs Fransanın paytaxtı Parisdə də Xocalı faciəsi ilə bağlı tədbirlərə qatılacaq", - Rzayev deyib.
Xocalı faciəsi haqqında həqiqətlərin çatdırılması Azərbaycanın hər biri vətəndaşı kimi, ölkəni xaricdə təmsil edən bütün diplomatlar üçün prioritetdir. Bu barədə Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayev Trend-ə müsahibəsində deyib. "Bu məsələ təkcə diplomatik nümayəndəliklər səviyyəsində mühüm və prinsipial deyil, həm də bu məsələ ayrı-ayrılıqda keçirilən görüşlərin daim gündəliyində durur.
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Azərbaycanda saxlanılan ermənilərə - 3 hərbi əsirə və 5 mülki şəxsdən ibarət ailəyə baş çəkiblər. BQXK-nın Azərbaycan nümayəndəliyindən Trend-ə verilən məlumata görə, başçəkmə zamanı saxlanılanlara 7 "Qızıl Xaç" məktubu çatdırılıb, ailədən isə 3 "Qızıl Xaç" məktubu alınıb. Azərbaycanda hazırda 3 erməni hərbi əsir, bir ailənin 5 üzvü saxlanılır.
Tarix : 21-02-2012, 14:56
22 fevral Dağlıq Qarabağ münaqişəsi regionunda ilk qanın töküldüyü gündür. "20 fevral 1988-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Xalq Deputatları Soveti DQMV-nin Azərbaycan SSR-nin tərkibindən çıxıb Ermənistan SSR-nin tərkibinə girməsi ilə bağlı qərar qəbul etdi. DQMV Xalq Deputatları Sovetinin çıxardığı bu qərarı DQMV-nin azərbaycanlı əhalisi narazılıqla qarşıladı", - Trend-in məlumatına görə, bunu Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu çərşənbə axşamı keçirdiyi brifinqdə deyib.
Tarix : 21-02-2012, 14:33
Dağlıq Qarabağ münaqişəsinin kəskinləşəcəyi halda Ermənistan lazım olan bütün köməyi alacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja bildirib. "Ermənistan öz öhdəçilikləri və hüquqları ilə KTMT-nin tamhüquqlu üzvüdür: vəzifə başqa dövlətin kollektiv təhlükəsizliyinin təminatı üçün öz imkanlarını təqdim etmək və öz müttəfiqlərindən eyni köməyi almaq hüququdur", - o RİA Novosti-də keçirilən mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsi tərəfləri arasında vəziyyətin böhranlı həddə çatacağı halda KTMT-nin nə edəcəyi ilə bağlı suala cavab verərkən bildirib.
Tarix : 21-02-2012, 14:30
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Meksikada keçirilən G-20 ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə çıxışı zamanı BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələrinin icra olunmamasından təəssüfləndiyini bildirib. Trend-in XİN-in mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, təhlükəsizlik məsələlərinə toxunan Məmmədyarov bu sahədə qəbul edilən qərarların tətbiq edilmə mexanizminin də olmasının vacibliyini qeyd edib.
Tarix : 21-02-2012, 13:31
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Ermənistan nümayəndəliyinin əməkdaşları azərbaycanlı hərbi əsirə baş çəkiblər. Bu barədə Trend-ə BQXK-nın Azərbaycan nümayəndəliyindən məlumat verilib. Azərbaycan Ordusunun kiçik çavuşu, 1990-cı il təvəllüdlü Axundzadə Məmmədbağır Talıb oğlu Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində, Tərtər rayonunun Yuxarı Çaylı kəndi yaxınlığında ermənilər tərəfindən əsir götürülüb. Azərbaycan Müdafiə Nazirliyi hərbçinin ermənilər tərəfindən əsir götürülməsi faktını təsdiqləyib.
Tarix : 20-02-2012, 16:32
Azərbaycan Ordusu cəbhə bölgəsində növbəti genişmiqyaslı hərbi təlimlərə başlayıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin komandanlığı altında keçirilən təlimlərə Quru Qoşunları və Hərbi Hava Qüvvələrinin şəxsi heyəti cəlb olunub. Həftənin sonunadək keçiriləcəyi planlaşdırılan təlimlərdə son illər Azərbaycan Ordusunun əldə etdiyi ən müasir texnika və silahlardan istifadə olunacağı nəzərdə tutulur.
Tarix : 20-02-2012, 11:06
“Birləşmiş Ştatlar gələn il də Qafqazda sülh, sabitlik, demokratiya, insan haqları və inkişafı dəstəkləyəcək”. APA-nın Vaşinqton müxbirinin verdiyi məlumata görə, bu bəyanatla ABŞ-ın dövlət katibi Hillari klinton “FY 2013 Beynəlxalq Münasibətlər və Konqresin Büdcə Təsdiqləmələri” iclasında çıxış edib. “Birləşmiş Ştatlar Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi istiqamətində Minsk Qrupundan olan tərəfdaşları ilə birgə çalışır”, - deyə dövlət katibi əlavə edib.
Tarix : 18-02-2012, 10:23
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupunun formatının dəyişdirilməsi ATƏT-ə üzv ölkələrin qərarından asılı olacaq. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Milli Məclisinin sədr müavini Bahar Muradova bildirib. «Minsk Qrupunun 20 il ərzində səyləri nəticə verməyib, Azərbaycan da haqlı olaraq bununla bağlı narazılığını və tənqidlərini ifadə edir. Son hadisələr dolmuş səbir kasalarını daşdırdı», - deyə B. Muradova vurğulayıb.
Tarix : 17-02-2012, 14:32
“Azərbaycanlıların Qarabağda tökülən qanları yerdə qalmayacaq”. APA-nın məlumatına görə, bunu Xocavənd rayonunun Qaradağlı kəndində ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş qətliamın 20-ci ildönümünə həsr olunmuş anım tədbirində çıxışında baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib. O bildirib ki, hər bir erməni bunu başa düşməli və anlamalıdır: “Onlar Azərbaycanın səbrinin tükənməz olduğunu düşünməsinlər. Bunu nə qədər tez başa düşsələr, o qədər xeyirlərinə olacaq”.
Tarix : 17-02-2012, 14:30
|