Moskvada MDB ölkələrinin ərzaq təhlükəsizliyinə həsr olunmuş beynəlxalq konfrans öz işini başa vurub. APA-nın xəbərinə görə, iki günlük konfrans "MDB ölkələrinin ərzaq təhlükəsizliyinin təmini: milli və beynəlxalq akpektlər" mövzusunda baş tutub. Konfransa Belarusun kənd təsərrüfatı naziri Mixayil Rusıy sədrlik edib. Bildirildiyinə görə, konfrans çərçivəsində "Ərzaq məmulatlarının təhlükəsizliyi və millətin sağlamlığı" mövzusunda dəyirmi masa da keçirilib. MDB-ni təmsil edən ölkələrin nümayəndələri ərzaq məhsullarına dövlət nəzarətinin keyfiyyəti, xammalın və qida məhsullarının təhlükəsizliyi və digər məqamları tədbirdə geniş müzakirə ediblər. Tədbir iştirakçıları belə bir ümumi qənaətə gəliblər ki, baytar və fitosanitar nəzarətin gücləndirilməsi ərzaq təhlükəsizliyinin təmini işində mühüm alət ola bilər. /APA/