ABŞ konqresmeni türk və Azərbaycan icmalarının nümayəndələri ilə görüşüb
Xəbərlər » Dünyada / (12-10-2011, 12:43)

ABŞ Konqresinin Nyu-Yorkdan olan üzvü Nan Heyuort (Nan Haywort) Dağlıq Qarabağ münaqişəsini və Ermənistan-Türkiyə münasibətlərini ABŞ-dakı türk və Azərbaycan icmalarının nümayəndələri ilə müzakirə edib.  APA-nın Vaşinqton müxbirinin məlumatına görə, Heyuort bildirib ki, Qafqaz ölkələrində tezliklə sülhün bərqərar olacağına ümid edir. O, regionun vacibliyini ön plana çəkib. Konqres üzvü diaspor nümayəndələrini əmin edib ki, onların fikirlərini Konqresdəki müzakirələr zamanı diqqətdə saxlayacaq. /APA/



AVCIYA.AZ