ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Pedreyk Mörfi bu gün Azərbaycana gələcək. APA-nın diplomatik mənbələrə istinadən yaydığı məlumata görə, xüsusi nümayəndə bu gün və sabah Azərbaycan Xarici İşlər Nazirliyində, Müdafiə Nazirliyində görüşlər keçirəcək, “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin nümayəndələri ilə görüşəcək. Səfərin məqsədi regionda vəziyyətlə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesindəki son durumla tanış olmaqdır.
Bundan əvvəl Pedreyk Mörfi Ermənistanda bir sıra görüşlər keçirib.