Ərdoğan: “Azərbaycan torpaqlarının haqsız işğalına son qoyulmalıdır”
Qarabağ » Xəbərlər (Qarabağ) / (23-09-2011, 11:09)

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 66-cı sessiyasındakı çıxışı zamanı Azərbaycan torpaqlarının illərdir, haqsız işğal altında qalmasına artıq son qoyulmalı olduğunu bəyan edib. APA-nın focushaber.com saytına istinadən verdiyi xəbərə görə, Ərdoğan bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həll olunmayaraq qalması yolverilməzdir.
O, dondurulmuş münaqişələrin sülh yolu ilə həll olunması üçün daha ciddi səy göstərilməli olduğunu deyib. “Türkiyə, hər vaxt Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində əks olan qanun və hədəflərin müdafiəçisi olub”.
Ərdoğan çıxışında Türkiyə-İsrail münasibətlərindəki gərginlikdən, Kiprin Aralıq dənizində neft yataqlarının axtarışı planlarından, Somalidə aclıq təhlükəsinin davam etməsindən, BMT-də islahatların zəruriliyindən danışıb.


AVCIYA.AZ