Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov fevralın 3-5-də Münhendə keçiriləcək 48-ci təhlükəsizlik siyasəti konfransında iştirak edəcək. Bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev məlumat verib. Nazir konfrans çərçivəsində müzakirələrdə iştirak edəcək, ikitərəfli görüşlər keçirəcək.
Qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanun Türkiyəyə qarşı yönəlib və ona qarşı ədavət münasibətinin əlamətidir. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə günü Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib. Baş nazir qeyd edib ki, Türkiyə islamofobiya siması qarşısında susmayacaq və Avropanı buna qarşı addımlar atmağa çağırır.
Millət vəkilləri Parlamentin çərşənbə günü keçirilən iclasında Azərbaycan Respublikasının adının dəyişdirilməsini təklif ediblər. Trend-in məlumatına görə, hakim Yeni Azərbaycan Partiyasından olan millət vəkili Siyavuş Novruzov deyib ki, son zamanlar ictimaiyyət arasında Azərbaycanın Şimali Azərbaycan adlandırılması barədə təkliflər irəli sürülür. "Dünya praktikasında Şimali və Cənubi Koreya, Şimali və Cənubi Kipr kimi dövlət nümunələri var. Azərbaycanın da parçalanmaya məruz qalmış dövlət kimi Şimali Azərbaycan adlandırılması daha məqsədəuyğun olardı", - o bildirib.
Milli Məclis 2020-ci il Olimpiya və Paralimpiya Oyunlarının Azərbaycanda keçirilməsi üçün Beynəlxalq Olimpiya Komitəsinə (BOK) müraciət qəbul edib. Trend-in məlumatına görə, müraciət parlamentin çərşənbə günü başlayan yaz sessiyasının ilk plenar iclasında qəbul edilib. Spiker Oktay Əsədov bildirib ki, Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsinə Milli Məclis də öz razılığını verir və BOK-u Olimpiya Oyunlarının Bakıda keçirilməsinə çağırır.
APA-nın məlumatına görə, dövlət himinin səslənməsi ilə başlayan yaz sessiyasının ilk plenar iclası MM-in spikeri Oqtay Əsədovun sədrliyi ilə keçirilir. İclasın gündəliyinə 4 məsələ daxil edilib. Bunlar Milli Məclisin İntizam və Hesablayıcı komissiyalarının yenidən təşkili, Milli Məclisin 2012-ci il yaz sessiyasının qanunvericilik işlər planı və “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsidir.
Fevralın 8-dən Azərbaycanın ali məktəblərinin magistraturalarına qəbul imtahanlarında iştirak üçün ərizə qəbulu başlayır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, ərizə qəbulu fevralın 17-dək davam edəcək. Bu müddətdə namizədlər "Bakalavrın elektron ərizəsi"ni doldurmalıdırlar. Milli Sertifikat Mərkəzinin qeydiyyat mərkəzlərinin birindən elektron imza sertifikatı əldə etmiş bakalavrlar həmin sertifikatlardan istifadə etməklə "Bakalavrın elektron ərizəsi" formasını Sənəd Qəbulu Komissiyasına müraciət etmədən təsdiqləyə bilərlər.
Türkiyənin Zonguldağ şəhərin yaxınlığında Qara dənizdə Kambocaya məxsus yük gəmisi batıb, 7 nəfər itkin düşüb. Bu barədə çərşənbə günü Trend "Today's Zaman"-a istinadən məlumat verir. 11 nəfər ekipaj üzvündən 4 nəfəri xilas etmək mümkün olub. Bildirilir ki, gəmi Rusiyadan Türkiyənin Əliağa limanına hərəkət edirdi.
T ürkiyə Prezidenti Abdulllah Gül fransalı senatorların qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanunun ləğv edilməsi tələbi üçün lazımi sayda imza toplamasına münasibət bildirirək, Fransa məhkəməsinin doğru qərar verəcəyinə ümid etdiyini deyib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "TRT Haber" tekekanalı xəbər verib. "Ümid edirəm ki, Fansa məhkəməsi doğru qərar verəcək", - Türkiyə Prezidenti bildirib.
Tarix : 31-01-2012, 17:50
Magistral kəmərlərdə aparılan təmir işləri ilə əlaqədar Kür Sutəmizləyici Qurğular Kompleksindən Bakı şəhərinə içməli suyun verilməsi müvəqqəti dayandırılıb. "Azərsu" ACS-dən Trend-ə verilən məlumata görə, bununla əlaqədar yanvarın 31-də gün ərzində Bakının Qaradağ və Səbail rayonlarının bir hissəsinə içməli suyun verilməsi müvəqqəti olaraq məhdudlaşdırılıb.
Tarix : 31-01-2012, 14:25
Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən ticarət mərkəzində aparılan nəzarət tədbirləri zamanı üzərində göstərilmiş əyarlara uyğun gəlməyən, hətta qiymətsiz metallardan hazırlanmış məmulatlar satıldığı aşkar edilib. Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Dövlət Xidməti tərəfindən "Qiymətli metallar və qiymətli daşlar haqqında" Azərbaycan Respublikası qanununun tələblərinə əməl edilməsi ilə bağlı həyata keçirilmiş əyar nəzarəti tədbirləri zamanı Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 3005-ci məhəllə ünvanında yerləşən "Çiçək" kooperativinə məxsus "Sofulu" Ticarət Mərkəzində dövlət əyar damğası ilə damğalanmayan, standartlara cavab verməyən, üzərində göstərilmiş əyarlara uyğun gəlməyən, hətta qiymətsiz metallardan hazırlanmış məmulatların istehlakçılara təklif edilməsi faktlarının kütləvi xarakter daşıdığı müəyyən edilib.
Tarix : 31-01-2012, 14:23
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Jozef Debono Qrex çərşənbə axşamı Azərbaycanın bəzi müxalifət partiyalarının nümayəndələri ilə görüş keçirib. Görüşdə iştirak edən Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan Trend-ə bildirib ki, görüş zamanı ölkədəki ümumi siyasi vəziyyət müzakirə olunub. AXCP sədri Əli Kərimli, ADP sədri Sərdar Calaloğlu, Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlının iştirak etdiyi görüşdə qarşılıqlı maraq doğuran məsələlərə aydınlıq gətirilib.
Tarix : 31-01-2012, 14:19
Azərbaycanın baş infeksionisti ölkə ərazisində hava şəraitinin qarlı-şaxtalı keçməsi ilə əlaqədar insanları öz səhhətlərinə qarşı daha diqqətli olmağa çağırıb. "Qarın yağması xəstəliklərin sayını azaldar" fikrini əvvəllər söyləyərdilər. Amma indi hesab edilir ki, qarın yağması, havaların soyuması insan səhhətinə pis təsir edir. Çünki soyuq hava şəraitində insan orqanizmi zəifləyir, bu da xəstəliyin yaranmasına imkan verir. Belə şəraitdə insanlar arasında əsasən soyuqdəymə halları artır, qrip xəstəlikləri baş qaldırır", - çərşənbə axşamı Trend-ə müsahibəsində Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, Azərbaycanın baş infeksionisti Namiq Əliyev deyib.
Tarix : 31-01-2012, 14:18
|