Azərbaycanın magistral yollarını buz bağlayıb. Bu barədə APA-ya Respublika Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib. Məlumata görə, ötən gündən yağmağa başlayan aramsız qar Bakı-Quba, Bakı-Şamaxı və Gəncə-Qazax yollarında nəqliyyatın hərəkətində ciddi problemlər yaradıb. Həmin istiqamətlərdə və Ağsu aşırımında yolun hərəkət istiqaməti buz bağladığı üçün nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb. Adıçəkilən istiqamətlərdə hərəkət edən sürücülərdən zənciri, mövsümi qış təkərləri və hər iki oxu aparıcı olan avtomobillərdən istifadə etmələri tövsiyə olunur.

Tarix : Dünən, 10:47

Bu gündən Azərbaycanda 2012-2013-cü tədris ili üçün ali məktəblərin magistraturalarına ərizə qəbulu başlayıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) APA-ya verilən məlumata görə, bakalavrlar “Bakalavrın elektron ərizəsi” formasını fevralın 8-dən 16-dək olan müddətdə doldurmalı və ərizələrini fevralın 8-dən 17-dək (şənbə və bazar günləri istisna olmaqla) saat 9.00-dan 17.00-dək olan müddətdə təsdiq etdirməlidirlər. “Elektron imza”dan istifadə edən bakalavrlar istisna olmaqla, qalan bakalavrlar ərizələrini təsdiq etdirmək üçün müvafiq Sənəd Qəbulu Komissiyalarına (SQK) tələb edilən sənədlərin əsillərini şəxsən təqdim etməlidirlər.

Tarix : Dünən, 10:42

Azərbaycan ərazisində havaların kəskin şəkildə pisləşməsi ilə əlaqədar orta ümumtəhsil məktəblərində dərslərin dayandırılması barədə əmr hələlik imzalanmayıb. Bu barədə APA-ya Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə məlumat verib. Onun sözlərinə görə, əmrin imzalanmasa da, nazirlik orta məktəblərə uzaq məsafədən gələn məktəblilərə hava şəraiti ilə əlaqədar dərsə getməməyi tövsiyə edib. Bundan başqa Təhsil Nazirliyi istilik sistemi ilə təchiz olunmayan orta ümumtəhsil məktəblərində də dərslərin dayandırılmasını tövsiyə edir.

Tarix : Dünən, 10:33

Prezident Administrasiyasının şöbə müdiri hesab edir ki, erməni lobbisinin dəstəyi ilə işləyən bəzi mərkəzlər Azərbaycan və Türkiyəni qarşı-qarşıya qoymaq istəyirlər. "Erməni lobbisinin dəstəyi ilə işləyən bəzi mərkəzlər var ki, Türkiyə ilə Azərbaycan arasındakı dost və qardaş münasibətləri pozaraq qarşıdurma yaratmaq istəyirlər", - bunu çərşənbə axşamı Trend-ə açıqlamasında Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

Tarix : 7-02-2012, 18:20

Fövqəladə Hallar Nazirliyi Azov dənizində qəzaya uğramış gəmidə xilas edilən Azərbaycan vətəndaşları ilə bağlı məlumat yayıb. Trend-in nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, fevralın 7-də Bakı vaxtı ilə saat 07:40 radələrində Azov dənizində olan "Avaca 1" yük gəmisindən həyəcan siqnalının verilməsi barədə məlumat daxil olub. Ukrayna Fövqəladə Hallar Nazirliyinə istinadən yayılan məlumata görə, gəminin 12 heyət üzvündən 8 nəfəri Azərbaycan, 1 nəfəri Türkiyə, 3 nəfəri isə Ukrayna vətəndaşıdır.

Tarix : 7-02-2012, 15:36

Fransa Senatında qəbul edilmiş qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət cəzası nəzərdə tutan qanun fransız xalqının fikrini əks etdirmir. Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov fevralın 6-dan Azərbaycanda səfərdə olan Fransa senatorları ilə görüşündə bildirib. Baş nazirin müavini hesab edir ki, həmin qərar erməni diasporunun vəsaiti hesabına satın alınmış bir qrup senatorun fikridir.

Tarix : 7-02-2012, 15:21

“Şəxsi evlərdə məskunlaşan məcburi köçkünlərin köçürülməsinə artıq başlanılıb. İndiyədək 400-ə qədər məcburi köçkün belə evlərdən çıxarılıb. Avropa İnsan Hüquqları Məhkəməsinin də bununla bağlı bir neçə qərarı olub. Həmin qərarlar da icra olunub”. APA-nın xəbərinə görə, bunu baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, həm 2007-ci ildə, həm də 2011-ci ildə məcburi köçkünlərlə bağlı həyata keçirilən Dövlət proqramlarında şəxsi evlərdə məskunlaşan məcburi köçkünlərin köçürülməsi nəzərdə tutulub.

Tarix : 7-02-2012, 14:59

Azərbaycanda dəmiryol reysləri cədvəl üzrə həyata keçirilir. Bu barədə çərşənbə axşamı Trend-ə "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib. "Hələki vəziyyət normaldır və qatarlar plan üzrə hərəkət edir", - Əzməmmədov bildirib. Onun sözlərinə görə, Bakı dəmiryol vokzalında problemlər müşahidə olunmur.

Tarix : 7-02-2012, 11:04

Hava şəraitinin pisləşməsinə baxmayaraq gün ərzində Bakının Heydər Əliyev Beynəlxalq Hava Limanının fəaliyyətində problemlər gözlənilmir. Bu barədə çərşənbə axşamı Trend-ə aeroportdan bildirilib. Deyilib ki, hazırda təyyarələrin yola salınması və qəbulu normal rejimdə həyata keçirilir. "Günün ikinci yarısında da vəziyyətin normal olacağı gözlənilir", - aeroportda qeyd edilib.

Tarix : 7-02-2012, 11:02

Azərbaycan-Rusiya sərhədi avtomobil yolunda nəqliyyatın hərəkəti məhdudlaşıb. Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Trend-ə bildirib ki, Qusar rayonu ərazisində, Rusiya ilə sərhəddə güclü qar yağdığından yolda qar və buz örtüyü yaranıb, hərəkət çətinləşib. Əliyev deyib ki, respublikanın digər rayonlarına gedən yollarda buz örtüyü olsa da, avtomobillərin hərəkəti üçün ciddi problem yaranmayıb.

Tarix : 7-02-2012, 10:50

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Trend-ə bildirib ki, hidrometeoroloqlar temperaturun kəskin aşağı düşməsi nəticəsində yolların buz bağlayacağı və çovgun olacağı barədə əhaliyə xəbərdarlıq edib. Şöbə rəisi yolların buz bağlayacağını nəzərə alaraq axşam və səhər saatlarında yola çıxarkən son dərəcə diqqətli olmağa çağırıb. İdarə şaxtalı havalarda nəqliyyat vasitələrini idarəetmə təcrübəsi olmayan sürücülərə şəxsi nəqliyyat vasitələrindən az istifadə etmələrini tövsiyə edir.

Tarix : 7-02-2012, 10:47

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri hesab edir ki, Şuraya əlavə səlahiyyətlərin verilməsi məqsədəuyğundur. "Bilirsiniz ki, Azərbaycan telekanallarındakı izdivac verilişləri Milli Televiziya və Radio Şurasını çox narahat edir. Ancaq bizim bu kanalların işinə qarışmaq səlahiyyətimiz yoxdur. Biz bu istiqamətdə öz tövsiyələrimizi veririk", - bunu bazar ertəsi Trend-ə açıqlamasında MTRŞ sədri Nuşirəvan Məhərrəmli deyib.

Tarix : 6-02-2012, 17:02
AVCIYA.AZ