|
Bakı Metropoliteni stansiyalardakı ticarət obyektlərini yeniləyir
İqtisadiyyat / (9-01-2012, 10:39)
Mənbə bildirib ki, başqa stansiyalarda da pis vəziyyətdə olan ticarət obyektlərinin əvəzlənməsi və yenilənməsi üzrə mərhələli işlərin aparılmasının mümkünlüyü də istisna olunmur. Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir və hazırda 23 stansiyası var. Bir müddət əvvəl Bakı Metropoliteninin 20 illik inkişaf proqramı qəbul edilib. Həmin uzunmüddətli inkişaf sxeminə əsasən, gələcəkdə Bakı Metropoliteninin ümumi şəbəkəsi 5 xətdən - hazırkı 2 xətt və yeni 3 xətt - və uzunluğu 119 km olan metro xəttində yerləşən 76 stansiyadan ibarət olacaq. |









Metronun "Elmlər Akademiyası" stansiyasında ticarət obyektlərinin sökülməsi onların yenilənməsi və zamanın tələblərinə uyğunlaşdırılması prosesi ilə bağlıdır. Bu barədə Trend-ə bazar ertəsi Bakı Metropolitenindən xəbər verilib. Metrodan deyildiyi kimi, onların yenilənməsi və modernləşdirilməsi barədə qərar obyektlərinin vəziyyətinin pis olması ilə əlaqədar qəbul edilib. "Bu normal prosesdir, çünki bu obyektlərdən bir çoxu modernləşdiriləcək və yeniləri ilə əvəz ediləcək", - metrodan qeyd ediblər.