Polşanın xarici işlər naziri Azərbaycana səfər edəcək
Xəbərlər » Ölkədə / (30-01-2012, 13:07)

Polşanın xarici işlər naziri Radoslav Sikorski yaxın vaxtlarda Azərbaycana səfər edəcək. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə Polşanın Bakıdakı səfiri Mixal Labenda bildirib. "Polşanın xarici işlər nazirinin müavini yaxın günlərdə səfərə hazırlıq məsələlərini Bakıda müzakirə edəcək", - Labenda deyib. Səfirin sözlərinə görə, səfər Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarovun dəvəti ilə baş tutacaq.

Labenda bildirib ki, mayda Varşavada Azərbaycan-Polşa hökumətlərarası komissiyanın növbəti iclasının keçiriləcəyi gözlənilir. İslasda tərəflər əməkdaşlığın gələcək perspektivlərini müzakirə etməyi planlaşdırırlar. /Trend/


AVCIYA.AZ