Elmar Məmmədyarov Münhen təhlükəsizlik siyasəti konfransında iştirak edəcək
Xəbərlər » Dünyada / (1-02-2012, 18:43)

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov fevralın 3-5-də Münhendə keçiriləcək 48-ci təhlükəsizlik siyasəti konfransında iştirak edəcək. Bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev məlumat verib. Nazir konfrans çərçivəsində müzakirələrdə iştirak edəcək, ikitərəfli görüşlər keçirəcək.
Qeyd edək ki, Münhen konfransı təhlükəsizlik siyasətinə dair dünya forumudur və Davosda keçirilən Ümumdünya İqtisadi Forumunun siyasi analoqu sayılır. /APA/


AVCIYA.AZ