ABŞ: "Türkiyə və İsrail arasındakı münasibətlər normallaşmalıdır"
Xəbərlər » Dünyada / (3-09-2011, 11:07)

ABŞ ümid edir ki, İsrail və Türkiyə 2010-cu ilin mayında "Azadlıq donanması" ilə bağlı hadisədən sonra korlanmış münasibətlərini yaxşılaşdıracaqlar. Dünən mayında "Azadlıq donanması" ilə bağlı hadisəni araşdıran BMT-nin xüsusi komissiyası öz hesabatını açıqlayıb. Hesabatda hadisəyə görə məsuliyyət, İsrail, Türkiyə və Qəzza zolağına humanitar yardım daşımaq istəyən aksiya təşkilatçılarının üzərinə qoyulur.
Komissiyanın rəyinə görə, Türkiyə və İsrail hadisənin bu cür nəticələnəcəyini gözləməyərək onun baş verməməsinə çalışıblar. Lakin hesabatda qeyd olunur ki, Türkiyə rəsmiləri donanma iştirakçılarını potensial təhlükələr barədə xəbərdar etmək və onları bu addımdan çəkindirmək üçün daha çox şey edə bilərdilər.
2010-cu ilin mayında qeyri-hökumət humanitar konvoyuna İsrail hərbçilərinin hücumu nəticəsində 9 nəfər türk həlak olmuşdu.
Dünən Türkiyə hökuməti İsrail hərbi əməkdaşlığın dondurulması, diplomatik münasibətlərin minimuma endirilməsi barədə qərar qəbul edib. /APA/


AVCIYA.AZ