Türkiyə Böyük Millət Məclisində Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümünə həsr olunmuş iclas keçiriləcək
Xəbərlər » Dünyada / (3-10-2011, 14:45)

Oktyabrın 20-26-sı aralığında Türkiyə Böyük Millət Məclisində (TBMM) Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümünə həsr olunmuş iclasın keçirilməsi planlaşdırılır. APA-nın məlumatına görə, bu barədə TBMM-in üzvü, Türkiyə-Azərbaycan dostluq qrupunun rəhbəri Mustafa Kabakçı bildirib. M. Kabaqçının sözlərinə görə, bu məsələ Milli Məclisin spikeri Oqtay Əsədovun Türkiyə səfəri zamanı da müzakirə olunub. Müzakirələrdə həmçinin parlamentlərarası əlaqələrin daha da sıxlaşdırılması üçün qarşılıqlı səfərlərin təşkili və digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
M. Kabakçı əlavə edib ki, artıq TBMM iclaslara başlayıb. Qarşıdakı iclaslarda Xocalı soyqırımının tanınması ilə bağlı məsələnin Türkiyə parlamentində müzakirəyə çıxarılması mümkündür.
/APA/


AVCIYA.AZ