|
Azərbaycanda qadınlar üçün nikah yaşının qaldırılması sosial sifarişdir – millət vəkili
Azərbaycanda əksər ailələr qadınlar üçün nikah yaşının 17-dən 18-ə qaldırılmasının tərəfdarıdır. Trend-in məlumatına görə, bunu Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli çərşənbə axşamı jurnalistlərə deyib. "Ailə quracaq qız gərək məktəbi bitirsin, fizioloji, bioloji cəhətdən hazır olsun", - o deyib. Komitə sədrinin sözlərinə görə, dünyanın 135 ölkəsində nikaha məhz 18 yaşdan icazə verilir.Cəmiyyətdə bununla bağlı mövcud olan bəzi narazılıqlara münasibət bildirən Rəcəbli deyib ki, qanun yaradıcılığı bir az ağrılı prosesdir. "İlk vaxtlar qanunu qəbul etmək istəmirlər, lakin bir müddət sonra onun nə qədər vacib və lazımlı olmasını görürlər", - millət vəkili qeyd edib. Milli Məclisdə Ailə Məcəlləsinə təklif olunan dəyişikliyə görə qadınlar üçün nikah yaşı 17-dən 18-ə qaldırılır. Oxşar xəbərlər:
|









Azərbaycanda əksər ailələr qadınlar üçün nikah yaşının 17-dən 18-ə qaldırılmasının tərəfdarıdır. Trend-in məlumatına görə, bunu Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli çərşənbə axşamı jurnalistlərə deyib. "Ailə quracaq qız gərək məktəbi bitirsin, fizioloji, bioloji cəhətdən hazır olsun", - o deyib. Komitə sədrinin sözlərinə görə, dünyanın 135 ölkəsində nikaha məhz 18 yaşdan icazə verilir.