Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov fevralın 3-5-də Münhendə keçiriləcək 48-ci təhlükəsizlik siyasəti konfransında iştirak edəcək. Bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev məlumat verib. Nazir konfrans çərçivəsində müzakirələrdə iştirak edəcək, ikitərəfli görüşlər keçirəcək.

Tarix : 1-02-2012, 18:43

Qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanun Türkiyəyə qarşı yönəlib və ona qarşı ədavət münasibətinin əlamətidir. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə günü Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib. Baş nazir qeyd edib ki, Türkiyə islamofobiya siması qarşısında susmayacaq və Avropanı buna qarşı addımlar atmağa çağırır.

Tarix : 1-02-2012, 18:39

Türkiyənin Zonguldağ şəhərin yaxınlığında Qara dənizdə Kambocaya məxsus yük gəmisi batıb, 7 nəfər itkin düşüb. Bu barədə çərşənbə günü Trend "Today's Zaman"-a istinadən məlumat verir. 11 nəfər ekipaj üzvündən 4 nəfəri xilas etmək mümkün olub. Bildirilir ki, gəmi Rusiyadan Türkiyənin Əliağa limanına hərəkət edirdi.

Tarix : 1-02-2012, 10:20

Türkiyə Prezidenti Abdulllah Gül fransalı senatorların qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanunun ləğv edilməsi tələbi üçün lazımi sayda imza toplamasına münasibət bildirirək, Fransa məhkəməsinin doğru qərar verəcəyinə ümid etdiyini deyib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "TRT Haber" tekekanalı xəbər verib. "Ümid edirəm ki, Fansa məhkəməsi doğru qərar verəcək", - Türkiyə Prezidenti bildirib.

Tarix : 31-01-2012, 17:50

Kanadada Azərbaycan dilində “Tebriztube” adlı internet televiziyası fəaliyyətə başlayıb. Bu barədə APA-ya hazırda Türkiyədə siyasi mühacir həyatı yaşayan, əslən İrandan olan azərbaycanlı fəal Elçin Hatəmi məlumat verib. Onun sözlərinə görə, 24 saat yayımlanan televiziyanı www.tabriztube.com internet ünvanında yerləşən sayt vasitəsilə canlı izləmək olar: “Azərbaycan diasporu üçün nəzərdə tutulan televiziya milli mədəniyyətimizə, tariximizə həsr olunan verilişlər hazırlayır, Azərbaycanın tanınmış ziyalılarının müsahibələrini yayımlayır.

Tarix : 30-01-2012, 14:52

Fırtına ilə əlaqədar bazar ertəsi İstanbulda bütün gəmi reysləri təxirə salınıb. Trend-in məlumatına görə, bu barədə "Zaman" qəzeti xəbər verir. İstanbulda artıq üçüncü həftədir ki, qarlı hava hökm sürür. Şəhərin bütün rayonlarına güclü qar düşüb. Yolların buz bağlaması səbəbindən avtomobil qəzalarının sayı kəskin şəkildə artıb.

Tarix : 30-01-2012, 14:45

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filipp Lefor regiona səfəri çərçivəsində fevralın 6-da Azərbaycana gələcək. Bu barədə bazar ertəsi Trend-ə Aİ-nin Bakı ofisindən məlumat verilib. O Bakıda ölkənin rəsmi şəxsləri ilə görüşəcək və gələcək əməkdaşlıq məsələlərini müzakirə edəcək.

Tarix : 30-01-2012, 14:32

“ABŞ Fransa kimi “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyəti tətbiq etməyə hazırlaşmır”. APA-nın məlumatına görə, bu fikirləri ABŞ-ın dövlət katibi Hillari Klinton Dövlət Departamentinin əməkdaşları ilə görüşdə deyib. “Birləşmiş Ştatların güclü tərəflərindən biri insanları düşüncələrinə görə cəzalandırmamasıdır. İnsanlar istədikləri sözü deyə bilərlər. ABŞ-da onlar belə də edir. Digər ölkələrdə başqa standart və qaydalar ola bilər. Amma ümidvaram ki biz heç vaxt kimisə düşüncələrinə görə cəzalandırmayacağıq.

Tarix : 27-01-2012, 10:45

BMT baş katibi Ban Ki Mun İranın mübahisəli nüvə proqramı ətrafında yaranmış gərginliyin azaldılması və problemin sülh yolu ilə həllinin vacib olduğunu bəyan edib. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, o deyib ki, İranın nüvə proqramı ətrafında yaranmış gərginlik yalnız sülh yolu ilə həll edilməlidir: “Bu məsələdə digər bir həll yolu alternativ ola bilməz”. Hörmüz boğazının strateji əhəmiyyətə malik olduğunu bildirən BMT baş katibi Qərbin İranın nüvə proqramını dayandırmaq bəhanəsi ilə gizli bir döyüş başlatdığını vurğulayıb: “Ona görə də tərəflərdən gərginliyi azaltmasını və İrandan da Hörmüz boğazını bağlamamağını tələb edirəm.

Tarix : 27-01-2012, 10:36

“MDB ölkələri ilə vizasız rejiminin tətbiq olunmamasının siyasi səbəbləri var. Həmin ölkələrə viza rejimi tətbiq edilsə onları itirərik”. APA-nın Moskva bürosunun məlumatına görə, bunu Rusiyanın baş naziri Vladimir Putin Federal Miqrasiya Xidmətinin rəisi Konstantin Romadanovski ilə görüşündə bildirib. Onun sözlərinə görə, MDB ölkələri vətəndaşlarının Rusiyada yaşaması və işləməsi ilə bağlı problemlər var: “Bu problemlərə baxmayaraq Rusiya MDB ölkələrinə viza rejimi tətbiq etmir. Qanunu pozan MDB ölkələri vətəndaşları ölkədən deportasiya edilir.

Tarix : 27-01-2012, 10:31

APA-nın Vaşinqton müxbirinin Nyu-Yorkdan verdiyi məlumata görə, qətnamədə deyilir ki, “Qanlı Yanvar” faciəsi Kommunist Partiyasının irticaçı qüvvələr tərəfindən törədilmiş ən böyük kütləvi cəzadır. Qətnamədə qeyd olunur ki, 1990-cı il yanvarın 20-də Azərbaycan paytaxtına 26 minlik sovet qoşunu yeridilib: “Azərbaycanlıların cəsarətli müqaviməti fevrala qədər davam edib. Yanvar hadisələri zamanı 130 azərbaycanlı öldürülüb, 5 nəfər itkin düşüb, 611 nəfər yaralanıb, 841 nəfər həbs olunub. Azərbaycanda sovet qoşunlarının hücumundan əvvəl digər sovet respublikalarında, o cümlədən Qazaxıstanda (1986), Gürcüstanda (1989) da qırğınlar törədilib, bir il sonra isə bu hadisələr Litvada təkrarlanıb

Tarix : 26-01-2012, 11:41

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin başçılıq etdiyi nümayəndə heyəti böyük mütəfəkkir, Azərbaycan milli dramaturgiyasının banisi, görkəmli ictimai xadim və maarifçi Mirzə Fətəli Axundzadənin anadan olmasının 200 illiyinin TÜRKSOY çərçivəsində qeyd edilməsi və 2012-ci ilin həmin təşkilat tərəfindən “Mirzə Fətəli Axundzadə İli” elan edilməsi ilə əlaqədar bu gün Türkiyənin Ankara şəhərində TÜRKSOY təşkilatının qərargahında keçiriləcək rəsmi açılış mərasimində iştirak edəcək.

Tarix : 26-01-2012, 11:39
AVCIYA.AZ