Birləşmiş Millətlər Təşkilatı son 50 ildə ilk dəfə olaraq öz büdcəsini ixtisar edib. APA-nın BMT saytına istinadən verdiyi məlumata görə, təşkilatda təmsil olunan 193 dövlət qurumun 2012-2013-cü illər üçün büdcəsini 5,15 milyard dollar miqdarında təsdiqləyib. 2010-2011-ci illər ərzində BMT-nin büdcəsi 5,41 milyard dollar təşkil edib. BMT-nin baş katibi Ban Ki Mun “daha az vəsaitlə daha çox işin görülə biləcəyinə” ümid etdiyini söyləyib. BMT rəhbəri büdcənin ixtisarını maliyyə qənaətinə zərurətlə izah edib. Büdcənin ixtisarı təşəbbüsü ABŞ-a aid olub.
Qeyd edək ki, BMT büdcəsi iki ildən bir üzv dövlətlərin üzvlük haqqı hesabına formalaşır. BMT-nin əsas donorları ABŞ və Avropa dövlətləridir. /APA/