BMT baş katibi İrandan Hörmüz boğazını bağlamamağı tələb edib
Xəbərlər » Dünyada / (27-01-2012, 10:36)

BMT baş katibi Ban Ki Mun İranın mübahisəli nüvə proqramı ətrafında yaranmış gərginliyin azaldılması və problemin sülh yolu ilə həllinin vacib olduğunu bəyan edib. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, o deyib ki, İranın nüvə proqramı ətrafında yaranmış gərginlik yalnız sülh yolu ilə həll edilməlidir: “Bu məsələdə digər bir həll yolu alternativ ola bilməz”. Hörmüz boğazının strateji əhəmiyyətə malik olduğunu bildirən BMT baş katibi Qərbin İranın nüvə proqramını dayandırmaq bəhanəsi ilə gizli bir döyüş başlatdığını vurğulayıb: “Ona görə də tərəflərdən gərginliyi azaltmasını və İrandan da Hörmüz boğazını bağlamamağını tələb edirəm. Çünki Hörmüz boğazı beynəlxalq ticarət çox üçün vacib ərazidir. Bu baxımdan boğazdan keçid beynəlxalq hüquqlar çərçivəsində qorunmalı və orada azad hərəkət təmin edilməlidir”. /APA/


AVCIYA.AZ