“ABŞ Fransada olduğu kimi “erməni soyqrımı”nın inkarına görə cinayət məsuliyyəti tətbiq etmək niyyətində deyil”
Xəbərlər » Dünyada / (27-01-2012, 10:45)

“ABŞ Fransa kimi “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyəti tətbiq etməyə hazırlaşmır”. APA-nın məlumatına görə, bu fikirləri ABŞ-ın dövlət katibi Hillari Klinton Dövlət Departamentinin əməkdaşları ilə görüşdə deyib. “Birləşmiş Ştatların güclü tərəflərindən biri insanları düşüncələrinə görə cəzalandırmamasıdır. İnsanlar istədikləri sözü deyə bilərlər. ABŞ-da onlar belə də edir. Digər ölkələrdə başqa standart və qaydalar ola bilər. Amma ümidvaram ki biz heç vaxt kimisə düşüncələrinə görə cəzalandırmayacağıq. Soyqırımı ilə bağlı məsələni siyasətçilər deyil, tarixçilər həll etməlidir. Dövlətin bu işlərə cəlb olunması çox təhlükəli praktikadır. Hər iki tərəfə öz fikirlərini söyləməyə imkan vermək lazımdır və biz tərəfləri bunu etməyə çağırırıq. Dəliləri toplayıb, arqumentlərinizi əsaslandırın və diskussiyalara hazır olun”. /APA/


AVCIYA.AZ