QHT-lərin Antikorrupsiya Şəbəkəsi Nazirlər Kabinetinə müraciət edib. Şəbəkənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciətdə “Konstitusiya” Araşdırmalar Fondu və Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsi Açıq-Cəmiyyət İnstitutu-Yardım Fondunun dəstəyi ilə həyata keçirdiyi “Kommunal sektorda istehlakçı hüquqlarının qorunmasına yardım göstərilməsi” layihəsinə diqqət yönəldilib.
Tarix : 26-01-2012, 15:10
Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurası 2011-ci ilin yekunlarına dair hesabat konfransı keçirib. APA-nın məlumatına görə, tədbirdə şuranın sədri Azay Quliyev ötən hesabat dövrünün QHT-lər üçün uğurlu olduğunu diqqətə çatdırıb və deyib ki, 2011-ci ildə şuranın müxtəlif vaxtlarda keçirdiyi 4 maliyyə yardımı müsabiqəsində 350-dən artıq QHT layihəsi dəstəklənib: “Layihələrin maliyyələşdirilməsinə ayrılan vəsaitin ümumi həcmi 2 milyon 102 min manat olub. Burada QHT-lər onları narahat edən ictimai, sosial və mədəni problemlər üzrə öz layihələrini təqdim ediblər.
Tarix : 25-01-2012, 15:14
Dekabrın 16-17-də Venesiyada Avropa Şurası Venesiya Komissiyasının 89-cu plenar sessiyası keçiriləcək. APA-nın Venesiya Komissiyasının rəsmi saytına istinadən yaydığı məlumata görə, dekabrın 16-da keçiriləcək iclasda Azərbaycanın QHT-lərin fəaliyyətini tənzimləyən qanunvericiliyinin insan haqları standartlarına uyğunluğu məsələsi müzakirə olunacaq. Həmin gün Venesiya Komissiyası “Siyasi partiyalar haqqında qanun”a təklif olunan dəyişikliklərlə bağlı Azərbaycan Prezident Administrasiyasının nümayəndə heyəti ilə fikir mübadiləsi aparacaq.
Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında 2012-ci il maliyyə yardımı müsabiqəsinin mövzularına həsr olunmuş konfrans keçirilib. APA-nın məlumatına görə, tədbirdə QHT-lər tərəfindən müsabiqəyə təqdim olunan mövzular müzakirə olunub, müzakirələrdə müasir dövrün tələblərinə uyğun layihələrin işlənməsi təklif edilib.
Tarix : 16-11-2011, 16:26
Bələdiyyə seçkilərində məcburi köçkünlərin iştirakının nəzərdə tutulmaması ilə əlaqədar Seçki Məcəlləsinin 212-ci maddəsinə dəyişiklik edilməlidir”. “Azadinform” xəbər verir ki, bu məsələni Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi İctimai Birliyi və Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahı bu gün keçirtdiyi mətbuat konfransında qaldırıb. Belə ki, AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı 2009-cu ildə olduğu kimi bu il də bələdiyyə seçkilərində məcburi köçkünlərin iştirakının nəzərdə tutulmadığından şikayətlənib.
Tarix : 11-11-2011, 15:58
Bu gün Qafqaz Universitetinin akt zalında “Heydər Əliyev: Azərbaycanın dövlət müstəqilliyi əbədidir” kitabının təqdimat mərasimi keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə çıxış edən kitabın elmi redaktoru və ön sözün müəllifi millət vəkili, Azərbaycanın AVRONEST Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov bildirib ki, Mərkəzin növbəti nəşri - "Heydər Əliyev: Azərbaycanın dövlət müstəqilliyi əbədidir" kitabı Azərbaycan Respublikasının dövlət müstəqilliyinin Türkiyə Respublikası tərəfindən tanınmasının 20 illiyinə həsr edilib: "Kitabın türk dilində tam versiyası, ingilis dilində isə bütün sənədlərin qısa məzmunu təqdim olunub. Bu kitab Mərkəzin türk dilində təqdim etdiyi ilk böyük layihəsidir.
Tarix : 11-11-2011, 15:48
“Azərbaycanda qeyri-hökumət təşkilatlarının inkişafına yönələn addımların davamlı olmasına ümid edirəm”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə BMT-nin İqtisadi-Sosial Şurasının (ECOSOC) QHT-lər üzrə bölməsinin rəhbəri Andrey Abramov verib. A. Abramov qeyd edib ki, vətəndaş cəmiyyətinin inkişafı bilavasitə cəmiyyətin inkişafı deməkdir. Bu səbəbdən də dövlətlər vətəndaş cəmiyyətinin inkişafına xüsusi diqqət yetirməlidir: “Əgər vətəndaş cəmiyyəti inkişaf edərsə, dövlətin və millətin inkişafına da yardım olar”.
Tarix : 11-11-2011, 14:55
“Azərbaycanda qeyri-hökumət təşkilatları sektorunun bu il üçün qrant büdcəsi 30 milyon manat olub”. APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev BMT-nin İqtisadi-Sosial Şurasının (ECOSOC) QHT-lər üzrə bölməsinin rəhbəri Andrey Abramovla görüşündə deyib. Azay Quliyev qeyd edib ki, bu statistika Azərbaycanın dövlət qurumlarını tərəfindən şuraya təqdim olunub: “Həmin 30 milyon manatın 2 milyon manatı QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən vətəndaş cəmiyyəti təşkilatlarına verilib.
Tarix : 11-11-2011, 14:54
Bu gün "Bələdiyyələrin formalaşdırılmasında məcburi köçkünlərin iştirakı problemi" mövzusunda seminar keçirilib. SİA-nın məlumatına görə, seminar Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi İctimai Birliyinin (İB) təşkilatçılığı ilə baş tutub. İB-nin sədri Nadir Abullayev çıxışında bildirib ki, bu ildə keçiriləcək bələdiyyə seçkilərində məcburi köçkünlərin iştirak etməsi nəzərdə tutulmayıb: “Mərkəzi Seçki Komissiyasının rəsmiləri KİV vasitəsi ilə “Dünya təcrübəsində məcburi köçkünlərin bələdiyyə seçkilərində iştirakının forması hələ tapılmayıb”, “Bu dəfəki seçkilərin yerli özünüidarəetmə orqanlarına keçirildiyindən qanunla bu şəxslərin səsvermədə iştirakı mümkün deyil” və digər açıqlamalar verməklə bələdiyyə seçkilərində məcburi köçkünlərin iştirak etməməsinə haqq qazandırırlar”.
Tarix : 11-11-2011, 13:59

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) yeni nəşri işıq üzü görmüşdür. “Bakı haqqında 20 etüd” adlanan bu kitab-albom Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 20-ci ildönümünə həsr edilmişdir. Kitabın yaradıcı heyəti hər daşına bələd olduğumuz, hər gün küçələrini dolaşdığımız Bakını yeni rakursda – 20 etüddə təqdim edirlər. Kitab-albomun ideya müəllifi AVCİYA-nın prezidenti, Şamaxının millət vəkili, Azərbaycan Respublikasının AŞPA-dakı nümayəndə heyətinin üzvü, AVRONEST Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov, buraxılışa məsul AVCİYA-nın vitse-prezidenti Vəli Əlibəyov, yaradıcı qrupun rəhbəri Fuad Babayevdir.
Tarix : 22-09-2011, 15:24
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatçılığı ilə 23-24 sentyabr 2011-ci il tarixlərində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 20-ci ildönümü münasibətilə Bakıda beynəlxalq tədbir keçiriləcək. Tədbirdə dünyanın 58 ölkəsindən 300-dən artıq tanınmış ictimai-siyasi xadim, o cümlədən, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, ATƏT, AVRONEST, Avropa ölkələri parlamentlərinin deputatları, hazırki və keçmiş dövlət xadimləri, Nobel mükafatı laureatları, ABŞ-ın regional spikerləri, keçmiş konqresmen və senatorlar, alim və biznesmenlər iştirak edəcəklər.
Tarix : 19-09-2011, 10:36
Sentyabrın 5-6-da Naxçıvanda qeyri-hökumət təşkilatları üçün təlim keçiriləcək. APA-nın xəbərinə görə, təlim ATƏT-in Bakı ofisi, Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və Naxçıvan MR Ədliyyə Nazirliyi tərəfindən təşkil olunub. 25 yerli QHT-nin iştirak edəcəyi təlimin əsas mövzusu QHT-lərin qeydiyyatı prosesi, fəaliyyəti və bu məsələlərin qanunvericilikdə necə əksini tapdığı olacaq.
|