Gələn ilin dövlət sifarişli plan yerləri yaxın günlərdə TQDK-ya təqdim ediləcək
Xəbərlər » Ölkədə / (14-09-2011, 15:42)

Gələn ilin dövlət sifarişli plan yerləri yaxın günlərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) təqdim ediləcək. Bunu APA-ya TQDK sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, ölkə prezidentinin fərmanına əsasən dövlət sifarişli yerlərin planı hər il sentyabr ayında TQDK-ya verilməlidir: “Mənə məlumat veriblər ki, dövlət sifarişli yerlərin planı artıq hazırdır. Plan yerləri verilən kimi, biz bakalavr ixtisaslarına aid olan xüsusi nəşr buraxacağıq. Bu ilin ödənişsiz təhsil formasında dövlət sifarişli yerlərin sayını ixtisaslar üzrə elan edəcəyik. Valideynlər öz uşağını hansı istiqamətə yönəldəcəyini biləcək. Kim yalnız dövlət hesabına ali təhsil almaq istəyirsə, baxacaq ki, dövlət hansı ixtisaslara daha çox yer verir. Bir ixtisas üzrə 15 yer varsa, təbii ki, orada ballar daha yüksək olacaq. Biz həmin buraxılışda ixtisaslar üzrə bu ilin ballarını da verəcəyik”. /APA/


AVCIYA.AZ