Azərbaycan və ABŞ hərbçiləri birgə təlimdə iştirak edəcəklər
Xəbərlər » Ölkədə / (15-09-2011, 10:48)

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend-ə bildiriblər ki, Azərbaycan-ABŞ iş planına əsasən sentyabrın 19-23-ə qədər Hərbi Dəniz Qüvvələrinin mühəndisliyə dəstək bölməsinin təlimi keçiriləcək. Hərbi təlim ABŞ-ın Boston, Massaçusets Ştatında keçiriləcək. Azərbaycan və ABŞ arasında ikitərəfli hərbi əməkdaşlıq münasibətləri mövcuddur./Trend/


AVCIYA.AZ